Ölkə futbolu
Qara Qarayev “Qarabağ”dan ayrılır?

“Qarabağ”da daha bir ayrılıq baş tuta bilər. Futbolinfo.az-ın məlumatına görə, 12 ildir komandanın şərəfini qoruyan Qara Qarayevin ağdamlılarla vidalaşmaq ehtimalı böyükdür.
Belə ki, təcrübəli yarımmüdafiəçi geridə qalan mövsümdə az oynamasından narazıdır. Karyerasının sonuna yaxınlaşan 30 yaşlı oyunçu meydanda daha çox olmaq istəyir və bunun “Qarabağ”da mümkün olmayacağını anlayır. Julio Romaonun gəlişindən sonra ehtiyat oyunçular skamyasının daimi üzvünə çevrilən Qarayev özünə başqa klub axtarır.
Əslində, dayaq yarımmüdafiəçisinin “elçiləri” də var. “Sabah” və “Neftçi” onu heyətində görmək istəyir. Lakin Qarayev hələ də “Qarabağ”dan ayrılacağına dəqiq qərar verməyib. İyunun 10-da toplaşacaq Ağdam klubunun düşərgəsinə qayıtdıqdan sonra o, baş məşqçi Qurban Qurbanovla bu barədə söhbət edəcək. Yalnız bundan sonra Qarayev gedib-getməyəcəyinə qərar verəcək.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat