Ölkə futbolu
“Qarabağ” – “Qalatasaray” matçına böyük maraq: indiyədək 25 min bilet satılıb
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Qarabağ”la “Qalatasaray” arasında baş tutacaq xeyriyyə matçının biletləri bu gün satışa çıxarılıb.
Futbolinfo.az xəbər verir ki, oyuna böyük maraq var.
Ağdam klubundan verilən məlumata görə, bu gün artıq 25 min bilet satılıb.
Xatırladaq ki, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək sözügedən görüş saat 20:00-da başlayacaq. Bilet satışından əldə olunacaq gəlir Türkiyədə baş verən zəlzələdən zərər çəkənlər üçün göndəriləcək.
Satış məntəqələri:
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;
Iticket.az-ın satış məntəqələri;
“Park Bulvar”da yerləşən “Qarabağ” FK-nın Fan-Şopu.
Biletləri iticket.az-dan da əldə edə bilərsiniz.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-24 08:52
“Neftçi” onun üçün 500 min dollar təklif edib
- Ölkə futbolu2024-07-24 09:24
“Qarabağ” “Qalatasaray”ı ötdü – avrokubokun son 10 ilinə görə
- Ölkə futbolu2024-07-25 13:29
“Neftçi” daha bir transferə hazırlaşır
- Ölkə futbolu2024-07-24 08:17
“Neftçi”nin hədəfindəki futbolçu: “Gələcəyimdən əmin deyiləm”