Ölkə futbolu
“Qarabağ” rəhbərliyi və futbolçular uşaq sığınacağını ziyarət etdi

Bu gün “Qarabağ” FK və “Sirab” ASC birlikdə Binə qəsəbəsində yerləşən “Ümid yeri” uşaq sığınacağının qonağı olublar.
Futbolinfo.az klubun sosial şəbəkə hesablarına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər məsul əməkdaşlar, futbolçular – Şahruddin Məhəmmədəliyev, Musa Qurbanlı, Adama Diakabi və Kevin Medina uşaqlarla görüşüblər.
E.Çelikel uşaqlara sevinc yaşatmaq və cəmiyyətdə qayğı hissini artırmaq məqsədi daşıyan tədbirlərin vacibliyindən söz açıb. Görüşdə uşaqlara xatirə hədiyyələri təqdim olunub. Daha sonra uşaqlar topla öz istedadlarını nümayiş etdiriblər.











- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”