Ölkə futbolu
“Qarabağ” üç qapıçıdan birini seçməlidir

“Qarabağ” qapıçı axtarışlarını yekunlaşdırmaq üzrədir. Ağdamlılar transfer edəcəyi qapıçı üçün namizədlərin sırasını daraldıb.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov təklif olunan qapıçılardan üçünü bəyənib. Hazırda danışıqlar davam edir və onlardan birinin komandaya gətirilməsi üçün müzakirələr aparılır.
Lakin bu, heç də asan deyil. Bəyənilən qapıçıların heç biri azad agent deyil. Deməli, həm onların klubunu, həm də özlərini razı salmaq lazımdır. Bəziləri Azərbaycana gəlmək istəmir, eləsi də var ki, klubu həddindən çox pul istəyir. “Qarabağ” ən uyğun variantı seçmək üçün səy göstərir.
Xatırladaq ki, Şahruddin Məhəmmədəliyevin qəfil zədələnməsindən sonra ağdamlılar bu transferə məcbur olub. Luka Quqeşaşvili çox etibarlı qapıçı deyil, Amin Ramazanov isə təcrübəsizdir. Üstəlik, Şahruddinin qolunun eyni yerdən ikinci dəfə sınması zədənin xroniki hal alacağı ehtimalını göstərir. Bu səbəbdən mütləq əsas heyətin daimi üzvü olacaq birini tapmaq gərəkdir.
Əldə etdiyimiz bilgiyə görə, Leverkuzen “Bayer”inin rusiyalı qapıçısı Andrey Lunyov hələ də namizədlər siyahısındadır. Menecerinin açıqlamasına baxmayaraq, onunla danışıqlar bitməyib.

- Ölkə futbolu2023-03-18 09:24
Gerye yenidən “Qarabağ”da
- Layihə2023-03-19 09:00
Təməl problemi: “Ən savadlı məşqçilər aşağı yaş qruplarında işləməlidirlər”
- Dünya futbolu2023-03-17 22:51
Mahir “Qalatasaray”a qarşı 79 dəqiqə oynadı
- Ölkə futbolu2023-03-18 09:47
“Sumqayıt”da baş məşqçi köməkçisi ilə əlbəyaxa oldu