Dünya futbolu
“Qarabağ”dan braziliyalı futbolçuya rəsmi təklif
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Qarabağ” heyətini daha bir futbolçu ilə gücləndirə bilər. Futbolinfo.az “walfoot.be” saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Belçika “Beveren”inin hücumameyilli yarımmüdafiəçisi Lukas Ribeyrunu transfer etmək istəyir.
“Qarabağ”ın braziliyalı oyunçu üçün rəsmi təklif göndərdiyi bildirilir. Xəbərdə Rusiyanın iki klubunun da Ribeyru ilə maraqlandığı, ancaq oyunçunu Ağdam təmsilçisinin təklifinin cəlb etdiyi vurğulanıb.
Qeyd edək ki, “Qarabağ”ın fransalı vinger Adama Diakabi ilə də yaxın günlərdə müqavilə imzalayacağı gözlənilir. Oyunçu Ağdam klubunun düşərgəsindədir və razılıq əldə olunub. Sadəcə, müqavilənin imzalanması yubanır.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 08:00
Eyforiyaya qapılmadan
- Müsahibə2024-07-12 09:22
Julio Romao: “Çempionlar Liqasının qrupuna vəsiqə qazana bilərik”
- Ölkə futbolu2024-07-12 13:30
Bu gün “Sabah” – “Makkabi” oyununun biletləri satışa çıxarılacaq
- Dünya futbolu2024-07-12 11:02
Mbappenin təqdimatına 100 min adam gəlmək istəyir