Premyer-liqa
“Qarabağ”dan Müstəqillik Günü sürprizi

Premyer Liqanın 36-cı turunun “Qarabağ” – “Turan Tovuz” oyununa giriş pulsuz olacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Belə ki, Müstəqillik Günü münasibətilə mayın 28-də keçiriləcək mövsümün sonuncu oyununa giriş pulsuzdur! Bu qarşılaşma üçün yalnız VIP biletlər satışda olacaq.
Matçdan dərhal sonra Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.
“Azərsun Arena”da baş tutacaq oyuna saat 19:30-da start veriləcək.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”