Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Premyer Liqanın 13-cü turu ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qarabağ” – “Zirə” oyununda “Qarabağ”ın 81 nömrəli futbolçusu Kevin Medina birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

“Zirə”nin 44 nömrəli futbolçusu Dmitrios Çantakias ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp