Dünya futbolu
Qasperini və Kalafyori hamını qabaqladılar
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
İtaliya A Seriyasında may ayının ən yaxşı baş məşqçisi və futbolçusu müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, “Atalanta”nın çalışdırıcısı Can Pyero Qasperini ən yaxşı məşqçi olub.
Onun komandası may ayında 3 oyun keçirib və bu matçların hamısında qalib gəlib. “Atalanta” sona 1 tur qalmış sıralamada 66 xalla 5-cidir.
“Atalanta” mayın 22-də Avropa Liqasının finalında “Bayer”i məğlub edərək çempion olub.
“Bolonya”nın müdafiəçisi Rikkardo Kalafyori isə bu ayın ən yaxşı oyunçusu elan edilib. O, mayda meydana çıxdığı 3 oyunda 2 qol vurub, 1 assistlə yadda qalıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)