“Qırmızı vərəqə olmasaydı, “Qarabağ” qələbəni əldən verməzdi”.

Futbolinfo.az xəbər verir ki, bunu Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın Almaniyanın “Bayer” klubuna 2:3 hesabı ilə məğlub olduğu UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

Mütəxəssisin fikrincə, Azərbaycan çempionunun buraxdığı qollarda Rusiya yığmasının qapıçısı Andrey Lunyovun səhvi olmayıb: “Qarabağ” yenə yaxşı oynadı, 2:0 önə keçdi. Lakin görüşün sonunda yenə üstünlüyünü əldən verdi. İlk qolun vurulduğu epizodda Andreyin xilas etmək şansı az idi. Amma buraxılan ikinci qolda bəxti gətirmədi. Halbuki hər şeyi düzgün etdi. Lunyov bu matçda öz işini gördü, əlindən gələni etdi”.

Kafanov millinin martın 21-də Serbiya, 25-də isə Paraqvaya qarşı keçirəcəyi yoldaşlıq görüşləri öncəsi Lunyovun psixoloji durumundan narahatlıq keçirdiyini etiraf edib: “Adətən belə oyunlar həm qapıçını, həm də futbolçuları dəli edir. Onlar bunu çox ağır yaşayırlar və ürəkdəki tikan uzun müddət qalır. İndi məni daha çox Andreyin psixoloji durumu narahat edir. Onun ağrılı məğlubiyyəti tez unutması və oyunlardan əvvəlki vəziyyətə qayıtması çox vacibdir. Andrey psixoloji cəhətdən sabit oğlandır. Düşünürəm ki, o, bu dövrü ağrısız keçə biləcək”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp