Dünya futbolu
Qışda razılaşıb yaya saxladılar

“Nyukasl” Ceyms Meddisonu qışda transfer edə bilməyəcək. “Sağsağanlar” “Lester”in yarımmüdafiəçisini heyətinə qatmaq üçün yayı gözləməyə məcburdur.
Futbolinfo.az xəbər verir ki, “Nyukasl”ın yayı gözləməsinin səbəbi heç də “tülkülər”lə razılığa gələ bilməmək deyil. Oyunçunun transfer qiyməti ilə bağlı razılıq əldə edilib, futbolçunun özü ilə şəxsi müqavilənin detalları da bəllidir.
Problem “Nyukasl”ın maliyyə feyr-pleyinə əməl etməyə məcbur olmasıdır. Klub rəhbərliyi tələb olunan həddi aşmamaq üçün mövsümün bitimini gözləməlidir. “Lester” 2024-ün yayına kimi müqaviləsi olan yarımmüdafiəçini məhz “Nyukasl”a satacağı barədə öhdəlik götürüb.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün