Edmonton komandasının hücumçusu Ueyn Qretzkinin 1988-ci ildə Stenli Kubokunun finalında istifadə etdiyi klyuşka, hərracda 336 min dollara satılıb.

ESPN-in məlumatına görə, bu məbləğ hokkey avadanlığı üçün rekord göstəricidir.

Mənbənin məlumatına görə, 22 alıcı klyuşkanı almaq üçün 79 dəfə cəhd edib.

Hokkeylə bağlı hərracda əvvəlki rekord da Qretzkiyə məxsus idi. 2022-ci ildə onun klyuşkası 138,6 min dollara satılmışdı.

Xatırladaq ki, “Edmonton Oylers” 1988-ci ilin finalında “Boston Bryuins”i məğlub edib. Bu, komandanın beş mövsümdə 4-cü, Qretzkinin isə karyerasında sonuncu çempionluğu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp