“Bayer”in müdafiəçisi Alexandro Qrimaldo İspaniyaya qayıtmaq istəyir. Leverkuzenlilərin tarixindəki ilk çempionluqda önəmli rol oynamış oyunçu nəvaxtsa vətənə dönəcəyini bildirib.

Futbolunfo.az xəbər verir ki, “Barselona” və “Real”ın hədəfində olan futbolçu deyib: “İspaniyanı sevirəm. Bir gün mütləq La Liqada oynayacağıma ümid edirəm. Amma bunun nə vaxt olacağını bilmirəm”.

Valensiyada doğulan müdafiəçi “Barselona” akademiyasında yetişib. 2016-cı ildə 2,1 milyon avroya “Benfika”ya satılan oyunçu cari mövsümün əvvəlində Almaniyaya köçüb. “Bayer”lə azad agent kimi 2027-ci ilin yayınadək müqavilə bağlayan Qrimaldonun hazırkı bazar dəyəri 45 milyon avrodur.

Shares: