Ölkə futbolu
Qriqorçukun istədiyi futbolçular alınmadığı üçün…
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Neftçi”nin yeni baş məşqçisi Roman Qriqorçukun Azərbaycana qayıtmasının səbəbkarlarından biri də sabiq komandası “Çernomorets” rəhbərliyi olub.
Futbolinfo.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski sosial şəbəkə vasitəsilə paylaşımında yazıb.
Onun sözlərinə görə, 59 yaşlı mütəxəssis əvvəlcə Odessa təmsilçisində qalmağı üstün tutub. Lakin rəhbərliyin verdiyi sözləri tutmaması Qriqorçukun “Neftçi”nin təklifini dəyərləndirməsinə gətirib çıxarıb. Belə ki, Andrey Tatovitski, Ruslan Stepanyuk, Roman Vandux kimi oyunçularla danışıq aparılsa da, son anda maddi durumla əlaqədar onlardan imtina olunub. Bu da Qriqorçukun səbrinin tükənməsi ilə nəticələnib və o, başa çatan müqaviləsini yeniləməyib.
Qeyd edək ki, Roman Qriqorçuk “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-30 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-07-01 08:00
AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir
- Ölkə futbolu2024-07-01 08:59
“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı
- Ölkə futbolu2024-06-30 21:00
“Qarabağ”dan ayrıldı, Türkiyə klubu ilə müqavilə bağladı