Fransa millisinin hücumçusu Atuan Qrizman keçmiş fransalı müdafiəçi Lilian Türamın rekordunu təkrarlayıb.

Futbolinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu bunu Almaniyada təşkil olunan Avropa çempionatının 1/4 final mərhələsində dünən Portuqaliya yığmasına qarşı keçirdikləri oyunda reallaşdırıb.

Qrizman Fransa millisinin heyətində Avropa çempionatlarının final mərhələlərində 16-cı oyununu keçirməklə sabiq müdafiəçinin rekordunu təkrarlayıb.

Portuqaliya – Fransa matçında (0:0) ikincilər penaltilər seriyasında rəqibindən üstün olub (5:3) və yarımfinala vəsiqə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp