İsveç yığmasının meneceri Stefan Pettersson UEFA Millətlər Liqasının C Liqasında düşdükləri qrup barədə fikirlərini bölüşüb.

Futbolinfo.az saytı xəbər verir ki, 60 yaşlı mütəxəssis Slovakiya, Azərbaycan və Estoniya ilə düşdükləri A qrupundakı şanslarını dəyərləndirib.

O, əsas rəqiblərinin Slovakiya olacağını gizlətməyib: “Tanıdığımız komandaların yer aldığı maraqlı qrupdur. FİFA reytinqinə baxsanız, Slovakiya ən çətin rəqibdir. Amma matçlar zamanı reytinq adətən o qədər də önəm kəsb etmir. Oyunlara ən yaxşı şəkildə hazırlaşmalı və ən uğurlu nəticəni qazanacağımıza əmin olmalıyıq”.

Qeyd edək ki, Millətlər Liqasında 2024/25 mövsümünə sentyabrın 5-də keçiriləcək oyunlarla start veriləcək.

Shares: