Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” ilk transferini reallaşdırıb.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rəhim Sadıxov karyerasını “gənclik şəhəri” təmsilçisində davam etdirəcək.

Klub sosial şəbəkə vasitəsilə yeni transferini təqdim edib. 28 yaşlı pleymeykerin müqaviləsinin təfərrüatları hələ açıqlanmayıb.

Xatırladaq ki, Rəhim “Zirə”dən azad agent kim ayrılıb. O, qəsəbə klubuna məhz “Sumqayıt”dan gəlmişdi.

Shares: