Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik Avro-2024-ün qrup mərhələsinin 3-cü turunda Niderlanda 3:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Təcrübəli mütəxəssis deyib: “UEFA əmsalı ilə müqayisə etsək, çətin olan qrupda birinci olmaq inanılmazdır. Biz turnirə Fransa ilə oyunda uğursuz avtoqolla başladıq, Polşanı məğlub etmək üçün üzərimizə qoyulan bütün təzyiqlərin öhdəsindən gəldik. Sonra qrup qalibi olduq. Bu, xüsusi bir andır”.

Avstriya 6 xalla D qrupunun turnir cədvəlini 1-ci yerdə başa vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp