Dünya futbolu
Ranyeri karyerasını başa vurur
“Kalyari”nin baş məşqçisi Klaudio Ranyeri peşəkar karyerasını bitirmək qərarına gəlib.
Futbolinfo.az xəbər verir ki, bu barədə 72 yaşlı mütəxəssis klub saytına açıqlamasında bildirib.
Ranyeri 2022-ci ilin dekabr ayından rəhbərlik etdiyi İtaliya klubundan 2023/24 mövsümünün sonunda ayrılacaq. “Kalyari” İtaliya A Seriyasında hazırda 15-ci yerdədir və elitadakı yerini qoruyub.
Məşqçilik karyerası ərzində Ranyeri “Lester Siti”yə rəhbərlik edərkən (2015/16 mövsümü) İngiltərə çempionu olub. 1995/96 mövsümündə “Fiorentina”nın baş məşqçisi postunu tutan Ranyeri İtaliya kubokunun qalibi olub. 1996/1997 mövsümündə “bənövşəlilər”lə birlikdə mütəxəssis İtaliya Superkubokunu qazanıb. Ranyeri həmçinin “Valensiya”nın baş məşqçisi kimi İspaniya kubokunu (1998/1999), İntertoto kubokunu (1998) və UEFA Super Kubokunu (2004) qazanıb.