Rafael Marin “Napoli”yə keçir. “Real” futbolçusunu İtaliya klubuna satmağa razılıq verib.

Futbolinfo.az xəbər verir ki, keçidin dəyəri 10 milyon avrodur. Amma madridlilərin onu geri almaq imkanı var. “Kral klubu” istərsə 2026-cı ildə 25, 2027-ci ildə isə 35 milyon avro ödəyərək Marini geri qaytara bilər.

Son mövsümü “Alaves”də icarədə keçirən 22 yaşlı stopper klubun yetirməsdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp