“Vilyarreal” tezliklə yeni baş məşqçisini açıqlayacaq. “Sarı sualtı qayıq” milli komandaların oyunlarına görə yaranan fasilədə təyinatı rəsmiləşdirməyə çalışır.

Futbolinfo.az xəbər verir ki, hazırda “Vilyarreal”ın əsas hədəfi Raul Qonsalesdir. “Real”ın əfsanəvi futbolçusu hazırda madridlilərin əvəzedicilərinə uğurla rəhbərlik. Növbəti yay Karlo Ançelottiyə xələf olması gözlənilən Raul həmin vaxtadək özünü yüksək səviyyədə sınamaq niyyətindədir. “Kral klubu” da bunu nəzərə alaraq ona danışıqlara başlamaq icazəsi verib.

Bu gün tərəflər razılıq əldə etsə, təyinat rəsmiləşəcək. İstefaya göndərilən Kiki Setyenin xələfi olacaq Raulla müqavilənin 1+1 il şərti ilə bağlanacağı ehtimal edilir.

Shares: