Ölkə futbolu
Ribeyru “Qarabağ”a gəlməyəcək

Lukas Ribeyru “Qarabağ”a gəlməyəcək. Belçika “Beveren”inin hücumameyilli yarımmüdafiəçisi ağdamlıların transfer siyahısında yoxdur.
Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, braziliyalı futbolçu həqiqətən də “Qarabağ”a xeyli əvvəl təklif olunub. Amma menecerlər tərəfindən təklif edilən çoxsaylı futbolçulardan biri kimi ona da “yox” cavabı verilib. “Atlılar”ın guya rəsmi təklif göndərməsi belçikalı jurnalistlərin yalan xəbəridir.
İndi bu adın Belçika mətbuatına çıxması menecerlərin futbolçunun qiymətini qaldırmaq cəhdidir. Təsadüfi deyil, Lukasın adı iki Rusya klubu ilə də yanaşı hallanır. Müştərilərin sayı çoxaldıqca futbolçunun dəyəri də şişirdilir.
“Qarabağ”ın fransalı vinger Adama Diakabi ilə isə bu həftə müqavilə rəsmiləşəcək. Oyunçu tibbi müayinədən keçirilib, sağlam olduğu haqda bütün təsdiq cavabları gələn kimi onun transferi elan ediləcək.

- Ölkə futbolu2023-03-23 12:17
Mikels də “Qarabağ”da
- Milli komanda2023-03-25 01:38
Millimiz Avstriyaya böyük hesabla məğlub oldu
- Milli komanda2023-03-24 13:00
De Byazi Avstriya ilə matçda bu 3 futbolçuya ehtiyac duymadı
- Ölkə futbolu2023-03-24 17:00
“Qarabağ” “Zirə” və “Şamaxı”nın oyunçuları ilə gücləndi – “Qalatasaray”la matç üçün