Ölkə futbolu
Riçard Almeyda: “Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir”
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Fransanın “Nant” komandasına qarşı keçirəcəkləri səfər oyunundan öncə fikirlərini bölüşüb.
Futbolinfo.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir. İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik”.
Sabah keçiriləcək “Nant” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
- Ölkə futbolu2024-07-15 08:00
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Dünya futbolu2024-07-15 10:14
Argentina millisi Amerika Kubokunun qalibi oldu
- Ölkə futbolu2024-07-14 15:00
“Qarabağ”ın qapıçısı zədələndi – 8 ay futboldan uzaq qalacaq
- AÇ-20242024-07-15 01:00
İspaniya yığması dördüncü dəfə Avropa çempionu oldu