“Futbolçularımdan daha çox şey gözləyirəm”. Bunu İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Xorvatiya ilə keçirilən AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

65 yaşlı mütəxəssis 1/8 finala yüksəldikləri üçün sevincli olduğunu bildirib: “Matçlar son dəqiqələrdə vurulan qollarla daha gözəl olur. Heç kəsin gözləmədiyi vaxtda riskə getdik və bunu bacardıq. Komandamı bu cür əzmkar oyuna görə təbrik edirəm. İlk hissədə istədiyimiz kimi oynaya bilmədik. Futbolçularımdan daha çox şey gözləyirəm. Mənasız səhvlərə yol vermək olmaz”.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turu çərçivəsində İtaliya – Xorvatiya matçı heç-heçə yekunlaşıb – 1:1. Bu nəticədən sonra italiyanlar yer aldıqları B qrupunu 4 xalla ikinci pillədə başa vuraraq 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp