“Neftçi”nin məşqçilər korpusuna yeni təyinatlar olub.

Futbolinfo.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, litvalı Saulius Sekanaviçyus köməkçi məşqçi, italiyalı Ciordano Domeniko fiziki hazırlıq üzrə məşqçi, belaruslu Aleksandr Ajintsov isə məşqçi-reabilitoloq vəzifəsini yerinə yetirəcək.

Bunadək məşqçilər korpusunda yer alan Sənan Qurbanov və qapıçılar üzrə məşqçi Emil Babayev də baş məşqçi Roman Qriqorçukun köməkçilərindən olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp