Nikolas Cekson Kriştianu Ronaldo azarkeşi imiş. “Çelsi”nin seneqallı hücumçusu bu barədə özü danışıb.

Futbolinfo.az xəbər verir ki, London klubuna bu yay keçən və 8 illik müqavilə bağlayan forvard deyib: “Uşaqlıqda Kriştianu Ronaldonu sevirdim. Hər zaman geydiyim köynəkdə onun adı olardı. Orijinal forma çox bahalı olduğundan ala bilmirdim. Əvəzində adi köynəyə qələmlə Ronaldonun adını və 7 nömrə yazırdım”.

22 yaşlı forvard daha sonra əlavə edib: “Uşaq ikən yalnız bunları edə bilirdim. Əlbəttə, onun kimi davranırdım, amma oyunlarını izləyə bilmrdim. Çünki biletlər çox bahalı idi. Futbolu məktəbə geydiyim ayaqqabılarla və ya yalın ayaqla oynayırdım. Yalnız 16 yaşım olarkən ilk butslarımı ala bildim. Onu da anam almışdı, ucuz idi, çünki orijinal deyildi. Alışmadığımdan hətta ilk vaxtlar onu geymədim. Ayaqyalın oynamağa öyrəşmişdim”.

Shares: