Ölkə kuboku
“Səbail” “Zirə”yə, “Sabah” “Qarabağ”a qarşı
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə iki qarşılaşma baş tutacaq.
Hər iki oyun paytaxtda keçiriləcək. Günün ilk matçında “Zirə” “Səbail”i qəbul edəcək. İlk görüşdə qələbə qazanan “Zirə” üstünlüyünü qorumağa çalışacaq.
Günün digər qarşılaşmasında cütün taleyi demək olar ki, bəllidir. Səfərdə “Sabah”a 7:1 hesabı ilə qalib gələn “Qarabağ” üçün cavab oyunu formal xarakter daşıyacaq.
Qeyd edək ki, yarımfinalın digər cütündə “Neftçi” “Sumqayıt”ı, “Qəbələ” “Araz-Naxçıvan”ı qəbul edəcək.
Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
8 fevral
17:00. “Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:1
20:00. “Qarabağ” – “Sabah”
Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 7:1
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 12:01
“Şerif”n iştirak ərizəsi açıqlandı
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”