Məşhur fransalı pilot, səkkizqat WRC çempionu Sebastyan Ojye Polşanın şimalında, Ralli traslarından birini sınaqdan keçirərkən qəzaya düşüb. Bu barədə Ralli.ee internet prtalı məlumat yayıb.
Xəbərə görə, Ojyenin olduğu “Toyota” markalı avtomobil qadının idarə etdiyi maşınla toqquşub. Sebastyanla birlikdə avtomobildə onun şturmanı Vinsent Lande də olub. Hər üçü xəstəxanaya aparılıb. Mənbənin sözlərinə görə, qəzanın bütün iştirakçıları onurğa sütunu və döş qəfəsindən xəsarətlər alıblar.
Qəzanın səbəbləri barədə hələlik məlumat verilmir.