Digər idman növləri
“Sabah” – çempion!

“Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) “Sabah” və “Gəncə” komandaları arasında final seriyasının sonuncu – beşinci oyunu baş tutub.
Futbolinfo.az xəbər verir ki, oyunun əsas vaxtında qalib müəyyənləşməyib və qarşılaşma əlavə vaxta gedib.
“Sabah” gərgin və maraqlı oyunun yekununda “Gəncə” üzərində 86:85 hesablı qələbə qazanıb. Final seriyasında 3:2 hesablı qələbə qazanan “Sabah” komandası Azərbaycan Basketbol Liqasında 2022/23-cü illər mövsümünün çempionu olub.
Final seriyasının ən dəyərli oyunçusu (MVP) amerikalı Entoni Patti seçilib. Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (24 xal, 13 ribaund), “Gəncə”dən Kollin Törner (26 xal, 11 asist) olublar.

- Ölkə futbolu2023-09-14 16:51
“Adana Dəmirspor” “Qarabağ”ın daha bir oyunçusuna “elçi düşdü”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Milli komanda2023-09-14 15:10
AFFA pul payladı: yenə məğlubiyyətə görə mükafat