“Kəpəz” bütün legionerlərini itirmək üzrədir. Son mövsümdə özünü yaxşı tərəfdən göstərən futbolçulara Premyer Liqanın digər klublarından təklif gəlib.

Futbolinfo.az xəbər verir ki, sponsorsuz qalan gəncəlilər onları saxlamaqda acizdir. Digər klublarla müqayisədə daha az maaş təklif edən “Kəpəz”in onları buraxmaqdan başqa çarəsi yoxdur. Qərb klubu yeni mövsümdə tam yeni heyət yığmağa məcburdur.

Georgi Papunaşvilinin “Sumqayıt”la anlaşdığı deyilir, daha bir neçə futbolçu da yol üstədir. Junior Martins isə “Sabah”da oynaycaq. Brazilyalı vinger paytaxt klubu ilə razılıq əldə edib. Onunla iki illik müqavilə razılaşdırılıb.

2023-cü ilin yanvarından Gəncə təmsilçisində çıxış edən 24 yaşlı oyunçu məhsuldar oyunu ilə seçilirdi. “Sabah”ın məşqçiləri məhz bu üzdən onun transferini istəyib və transfer həll edilib. Bakılılar keçidi tezliklə rəsmən açıqlayacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp