İspaniyanın paytaxtı Madriddə “MadCup” beynəlxalq turnirində çıxış edən U-10 komanda növbəti oyunlarını keçirib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komanda qrup mərhələsində son oyununda Madrid “Atletiko”suna məğlub olub (2:8).

“Sabah”ın qollarına Ömər Şirəliyev və Nihad Həsənov imza atıb.

“Sabah” U-10 qrup mərhələsini 4-cü pillədə başa vuraraq, “Bürünc Liqa”da mübarizə aparmaq şansı qazanıb.
“Bürünc Liqa”nın 1/8 finalında Avstraliyanın “Vilyarreal” (Sidney) komandasını 4:1 hesabıyla məğlub edən Savalan Əlizadənin baş məşqçisi olduğu komanda 1/4 finala adlayıb. “Sabah”ın qollarına Əbülfəz Salahov, Həmzə Səfərli, Cavidan Ağayev və Timur Hacıyev imza atıblar.

“Sabah” 1/4 finalda İspaniyanın “Avila Atletiko” komandası ilə qarşılaşıb. Görüş 5:1 hesabıyla komandamızın xeyrinə başa çatıb. “Sabah”ın qollarına Timur Hacıyev (2), Yusif Məmmədli, Ayxan Hüseynli və Əbəlfəzabbas Qasımlı imza atıblar.

Yarımfinalda isə İspaniyanın “Fundacion” klubunu 5:1 hesabıyla məğlub edən “Sabah” finala vəsiqə qazanıb. “Sabah”ın qollarına Timur Hacıyev (2), Cavidan Ağayev, Ayxan Hüseynli və Ömər Şirəliyev imza atıblar.

İyunun 24-də isə turnirin təmtəraqlı açılış mərasimi olub. Açılış Madridin məşhur “Metropolitano” stadionunda keçirilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp