Ölkə futbolu
“Sabah” serbiyalı futbolçu ilə gücləndi
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Sabah” heyətini gücləndirməkdə davam edir.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək Bakı klubu hücum xəttinə yeni oyunçu qatıb.
Paytaxt təmsilçisi serbiyalı hücumçu Neqoş Kupusoviçlə 3 illik müqavilə bağlayıb. Serbiyanın U-16, U-17 və U-18 yığmalarında oynamış 23 yaşlı forvardın son klubu Slovakiya komandası “Trenkin” olub. Neqoş “Sabah”da 29 nömrəli formanı geyinəcək.
“Srvena Zvezda”nın yetirməsi olan Neqoş Kupusoviç karyerası ərzində Almaniyanın “Ersqebirqe Aue” (2019-2020), “Ayntraxt” (Braunşveyq, 2020-2021) və Slovakiyanın “Dubnitsa” (2021-2022) klublarında da çıxış edib.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-04 16:10
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-05 08:00
Namibiyadan Şamaxıya
- Ölkə futbolu2024-07-04 08:34
Fərrux Mahmudova tapşırıq verildi: gətirdikləri istefa ərizəsini yazsın!
- Ölkə futbolu2024-07-05 09:15
“Çörəkkəsən” Hafiz, əcnəbi rahatlığına qurban verilən fəhlələr