Ölkə futbolu
“Sabah” Türkiyədə keçirilən turnirin qalibi oldu
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Sabah” 12 yaşadək futbolçular arasında keçirilən Yiğit Demirel beynəlxalq futbol turnirində iştirak edib.
Futbolinfo.az xəbər verir ki, Türkiyənin Rize şəhərində keçirilən turnirin qrup mərhələsində yerli “Trabzonspor”u 2:1, Estoniya “Nömme United”ini 3:0 və Gürcüstan “Dinamo”sunu (Batumi) 4:0 hesabıyla məğlub edən komandamız çempionluq uğrunda mübarizə imkanı verən qızıl qrupa (Gold group) vəsiqə qazanıb.
“Gold group”da Türkiyənin “Çaykur Rizespor” komandasını 3:0, Estoniyanın “Nömme United”ini 2:0 hesabıyla üstələyən “Sabah”, yalnız yerli “Samsunspor”a uduzub – 0:2. Məhərrəm Müslümzadənin baş məşqçisi olduğu komanda yekun sıralamada bütün rəqiblərini üstələyərək, turniri birinci pillədə, çempion kimi başa vurub.
“Sabah”ın futbolçuları – Yusif Ağayev, Rəvan Rüstəmov və Ayxan Əliyev turnirin ən yaxşı oyunçusu seçiliblər.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-06-28 18:12
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-06-27 08:00
“Neftçi” yeni loqoya 100 min manat xərcləyib?
- Ölkə futbolu2024-06-27 10:14
“Qarabağ” Almaniya və İspaniya klublarını qabaqladı
- Ölkə futbolu2024-06-27 11:12
“Şerif”in baş məşqçisi: “Zirə” potensial rəqiblər arasında ən güclülərdən biri idi”