Ölkə futbolu
“Sabah”da yeni rekord
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
“Sabah” tarixinin yeni rekorduna imza atıb.
Futbolinfo.az xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasında ardıcıl 4 quru oyun keçirib.
Murad Musayevin yetirmələri mövsümün ilk yarısını “Sumqayıt” üzərində 6:0 hesablı qələbə ilə başa vurub. 2023-cü ildə “Neftçi”ni 2:0, “Qəbələ”ni 3:0, “Səbail”i 4:0 hesabı ilə məğlub edən paytaxt təmsilçisi ardıcıl 4 quru hesablı qələbə qazanıb.
“Sabah” sonuncu dəfə 17-ci turun 2022-ci il dekabrın 14-də baş tutan matçında “Kəpəz”dən qol buraxıb – 2:2.
Bunadək bakılıların ən uzun quru seriyası 3 oyundan ibarət idi. “Sabah” 4 dəfə belə seriyaya imza atıb.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)
- Ölkə futbolu2024-07-12 02:09
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Ölkə futbolu2024-07-10 17:29
“Zirə” əks-hücumlarda sürətlidir” – “Şerif”in baş məşqçisi
- Ölkə futbolu2024-07-10 08:30
“Neftçi”nin hücumçusu: “Bir nömrə idik, “Qarabağ” bu mövqeyi əlimizdən aldı”
- Ölkə futbolu2024-07-10 12:31
“Qarabağ” indiyə qədər qarşılaşdığımız ən güclü rəqib idi”