Ölkə futbolu
“Sabah”dan Antalyada ardıcıl 3-cü heç-heçə
Türkiyədə təlim-məşq toplanışında olan “Sabah” bu gün hazırlıq çərçivəsində sonuncu yoxlama matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı kollektiv Antalyadakı son sınağında Serbiyanın “Mladost” (Luçani) komandası ilə üz-üzə gəlib.
Oyunda hesabı Azərbaycan təmsilçisi açıb. Coy-Lens Mikels komandasını hesabda önə keçirib. Lakin serbiyalılar sonda məğlubiyyətdən xilas ola biliblər. Beləcə, “Sabah” üçüncü sınağından da 1:1 hesablı heç-heçə ilə ayrılıb.
Xatırladaq ki, “Sabah” Türkiyədəki əvvəlki iki sınaq matçında Macarıstanın “Pakş” və Ukraynanın “Zarya” komandaları ilə də 1:1 hesablı heç-heçə etmişdi.
Yoxlama oyunu
25 yanvar
Sabah – Mladost 1:1
- Ölkə futbolu2024-06-01 08:30
Almeyda “Qarabağ”da qalır
- Ölkə futbolu2024-05-31 09:07
“Turan Tovuz”da qapıçı qalmadı: Aydın da “Zirə”yə getdi
- Ölkə futbolu2024-06-01 09:25
“Şamaxı” Ramiz Məmmədova xələf axtarır
- Milli komanda2024-05-31 16:45
Vayss millimizə rəhbərlik etməyəcək: yerlilər arasından seçim edilə bilər