Digər idman növləri
“Sabah”ın avrokubok oyunlarının başlama vaxtı açıqlandı
“Sabah” basketbol klubunun FİBA Avropa Kubokunda 2023/2024 mövsümünün təsnifat mərhələsində keçirəcəyi oyunların başlama vaxtı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, A qrupunda qərarlaşan Azərbaycan çempionu matçlarını axşam saatlarında keçirəcək.
Avropa Kubokunun debütantının “Donar” (Qroningen, Niderland) və “Rapid”lə (Buxarest, Rumıniya) görüşü Bakı vaxtı ilə saat 19:30-da, “Rabotniçki” (Skopye, Şimali Makedoniya) ilə qarşılaşması isə 22:30-da start götürəcək.
Qrup mərhələsinin oyunları 2-5 oktyabrda Skopyedəki Boris Traykovski adına İdman Mərkəzində keçiriləcək. Qrupun qalibi turnirin müntəzəm çempionatına vəsiqə qazanacaq.
FİBA Avropa Kuboku
A qrupu
2 oktyabr
19:30. “Donar” (Qroningen, Niderland) – “Sabah”
Skopye. Boris Traykovski adına İdman Mərkəzi
3 oktyabr
22:30. “Sabah” – “Rabotniçki” (Skopye, Şimali Makedoniya)
Skopye. Boris Traykovski adına İdman Mərkəzi
5 oktyabr
19:30. “Rapid” (Buxarest, Rumıniya) – “Sabah”
Skopye. Boris Traykovski adına İdman Mərkəzi
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- Premyer-liqa2024-04-30 09:30
“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza