Ölkə futbolu
“Sabah”ın Masazır israrı

“Sabah” avrokuboklarda ilk oyununu Masazırda keçirməkdə israrlıdır. Rəhbərlik hazırda “Bank Respublika Arena”nın Konfrans Liqasının tələblərinə cavab verməsi üçün çalışır.
Futbolinfo.az xəbər verir ki, debütantın ev oyunlarını doğma arenada qəbul etməsi üçün müvafiq kriteriyaların yerinə yetirilməsi lazımdır. Klub aylardır bunun üzərində işləyir, çatışmazlıqları aradan qaldırır. “Sabah” bunu bacaracağına o qədər əmindir ki, hətta ehtiyat meydan sifariş etməyi lazım bilməyib. Yalnız Masazırdakı stadion bəyənilmədiyi təqdirdə buna ehtiyac duyulacaq, ona kimi isə zaman var.
Yaxın günlərdə UEFA nümayəndələrinin Bakıya gəlməsi gözlənilir. Onlar “Sabah”ın təqdim etdiyi stadiona baxış keçirəcək və yekun qərar veriləcək.

- Ölkə futbolu2023-05-23 20:41
Şeydayevin başqa müştəriləri də var imiş
- Ölkə futbolu2023-05-24 08:30
Qurban Qurbanov Jan Borotra fəxri diplomuna layiq görüldü
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- Müsahibə2023-05-23 14:27
Keyta “Qəbələ”nin uduzacağına ümid edir: “Transfer barədə düşünmürəm”