“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si yoxlama görüşündə qüvvəsini sınayıb.

Futbolinfo.az xəbər verir ki, İspaniyada təlim-məşq toplanışında olan İsrail təmsilçisi Andorra klubu “İnter Eskaldes”lə qarşılaşıb. Görüş “Makkabi”nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində qolları Din David, Frantzdi Pyerrot və Erik Şuranov vurublar.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp