“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Hayfa “Makkabi”si transferlə bağlı problemlə üzləşib.

Futbolinfo.az İsrail mətbuatına istinadən xəbər verir ki, İspaniyada təlim-məşq toplanışında olan komanda yeni oyunçularını düşərgəyə qoşa bilməyib.

Onlardan biri də Ethan Azulaydır. Hayfalılar 22 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı klubu Netanya “Makkabi”si ilə ilkin müqavilə imzalayıb. Lakin Netanya təmsilçisi gənc oyunçunu yeni komandasına göndərmir. Netanya təmsilçisi də Hayfa klubundan Maor Levi ilə anlaşıb. Lakin “Sabah”ın rəqibi 24 yaşlı orta sahə oyunçusunu 500 min avroya başqa kluba satmağı planlaşdırır. Netanyalılar da yalnız Levinin onlara keçidinin reallaşacağı təqdirdə, Azulayı Hayfaya buraxacağını bildiriblər.

Qeyd edək ki, “Sabah” “Makkabi” ilə ilk oyununu iyulun 25-də səfərdə, cavab görüşünü isə avqustun 1-də evdə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp