Premyer-liqa
“Sabah”la “Qəbələ”nin 23-cü dueli

“Qəbələ” Premyer Liqanın 28-ci turunda “Sabah”la qarşılaşacaq.
Futbolinfo.az xəbər verir ki, aprelin 2-də Bakıda təşkil olunacaq görüş iki komanda arasında 23-cü matç olacaq.
Bunadək rəqiblər ümumilikdə 22 dəfə görüşüb. Əvvəlki oyunlarda “Qəbələ” 9 dəfə qalib gəlib, 3 dəfə heç-heçə eib və 10 dəfə uduzub. Rəqib qapısına 24 qol vuran “Qəbələ” futbolçuları 30 top buraxıblar. Ülvi İsgəndərov, Davit Volkov, Klesio Bauk və Nikolas Raysel bu matçlarda daha çox – hərəyə 3 qol vurublar.
İndiyədək keçirilən 22 matçdan 18-i çempionat, 4-ü kubok çərçivəsində baş tutub. Premyer Liqada 5 qələbə və 3 heç-heçəsi olan “Qəbələ” 10 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi bakılıların xeyrinədir – 16-28.
“Qəbələ” səfərdəki 11 görüşdə 5 dəfə qaib gəlib. Digər 6 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində paytaxt klubu öndədir – 15-11.
Xatırladaq ki, aprelin 2-də Bakıdakı “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” oyununa saat 18:00-da start veriləcək.

- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar