Dünya futbolu
Sabitseri yox, Mauntu istəyirlər

“Bayern” Marselo Sabitseri geri qaytarmaq istəmir. Münhenlilər “Mançester Yunayted”ə icarəyə verdikləri oyunçunun dönüşünü arzulamır.
Futbolinfo.az xəbər verir ki, Avstriya millisinin üzvü özü də gələcəyini Almaniyada görmür. Lakin “Qırmızı şeytanlar” hələ ki, onunla bağlı “Bayern”ə rəsmi təklif göndərməyib. Münhenlilərin 25 milyon avroya satmaq istədiyi yarımmüdafiəçi hazırda zədəlidir və İngiltərə klubu onun taleyinə sıraya döndükdən sonra aydınlıq gətirəcək.
Əvəzində “Mançester Yunayted” Meyson Maunta müştəri olub. “Çelsi”nin yeni baş məşqçisi olacağı gözlənililən Mauritsio Poçettino yarımmüdafiəçinin heyətdə qalmasını istəsə də, mankunianlar “Liverpul” və “Arsenal”ın da istədiyi oyunçunu 55 milyon avroya ala biləcəyinə ümid edir.

- Milli komanda2023-09-15 10:30
“Mane olmasaydılar, ən azı 18-19 qol vurardım”
- Ölkə futbolu2023-09-15 08:00
CAS-dan qərar gəldi: AFFA və “Sumqayıt” cəzalandı!
- Ölkə futbolu2023-09-15 18:20
Şeydayevdən iki məhsuldar ötürmə
- Müsahibə2023-09-15 14:00
Nemanya Andelkoviç: “Zirə”nin potensialı var, amma zirvədə qərarlaşmaq hələ uğur deyil”