Digər idman növləri
Sadullayev dünya çempionatına buraxıldı

Rusiyalı idmançıların güləş üzrə dünya çempionatında iştirakına icazə verilib. Bu barədə beynəlxalq qurumun səhifəsində məlumat dərc edilib.
Sentyabrın 16-dan 24-dək Belqradda keçiriləcək turnirdə iştirak edəcək güləşçilərin adları da açıqlanıb. Onların arasında ikiqat olimpiya çempionu Əbdülrəşid Sadullayev də var.
Qeyd edək ki, bu yay Sadullayev sərbəst güləş üzrə Rusiya çempionatını buraxmışdı. İştirak etməməsinin səbəbi aldığı zədə idi.
Ümumilikdə 235 nəfər atlet ciddi şəkildə yoxlanılıb. Onların sosial şəbəkə hesabları da araşdırılıb. 26 nəfərin beynəlxalq yarışlarda iştirakına icazə verilməyib. Bu yoxlamalar BOK-un tövsiyələri əsasında baş verib.

- Ölkə futbolu2023-11-28 09:50
Gəncə stadionu yenidən qurulur – FOTOLAR
- Müsahibə2023-11-28 08:00
Yunis Hüseynov: “Orada bəziləri “Neftçi”ni fikirləşmirlər”
- Müsahibə2023-11-29 08:00
Nildo Azərbaycana qayıtmaq istəyir: “Xəzər Lənkəran”ın dağılması böyük itkidir”
- Ölkə futbolu2023-11-29 10:50
Qurban Qurbanov “Molde” ilə oyundan danışdı