Bizi izləyin

Ölkə futbolu

Şahmatı qara fiqurlarla oynamağı xoşlayan, 13 rəqəmini qadağan edən Berdıyev

blank
blank

Misli Premyer Liqasının 2024/25 mövsümü indidən maraqla gözlənilir. Əminliklə söyləmək olar ki, növbəti sezonda məşqçilər arasında daha güclü taktiki mübarizəyə şahidlik edəcəyik. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanova sürpriz edə biləcək mütəxəssislərin sırasında onun adaşı, bugünlərdə “Turan Tovuz”un “sükanı arxasına” keçən Kurban Berdıyev də var.

1952-ci il avqustun 25-də Türkmənistanın paytaxtı Aşqabadda anadan olan Berdıyevin məşqçilik karyerasından, ən böyük uğurlarını “Rubin” klubunda qazanmasından xəbərdarsınız. Bu yazıda iki ay sonra 72 yaşını tamamlayacaq mütəxəssislə bağlı bilinməyən məqamları açıqlayacağıq.

Ferqyuson və Vengerə pərəstiş

Berdıyevlə birgə işləmiş insanlar futbolun onun həyatında həmişə önəmli yer tutmasından danışıblar. Bildiriblər ki, təcrübəli çalışdırıcı günün əksər saatını futbol, qarşıdakı oyun haqqında düşünür. Berdıyevin örnək götürdüyü iki məşqçi var. Bunlar 27 il “Mançester Yunayted”i çalışdırmış Aleks Ferqyuson və 22 il “Arsenal”ın “sükanı arxasında” olmuş Arsen Vengerdir. Maraqlıdır ki, “Rubin”də çalışdığı dönəmdə Berdıyev otağında məhz bu iki mütəxəssisin portretini asdırıb. O, bunu İngiltərədə təcrübə keçdikdən, ser Aleks və Vengerlə şəxsən görüşdükdən sonra tələb edib.

blank

Yeri gəlmişkən, Berdıyevin ən uzun məşqçilik fəaliyyəti də məhz “Rubin”də olub. Kazan təmsilçisini çalışdırdığı ilk dönəmdə 12 il (2001-2013) komandaya rəhbərlik edib.

“Şahmatdakı taktikası futboldakına çox bənzəyir”

Birvaxtlar musiqi dinləməyi çox xoşlayıb. Ən çox bəyəndiyi müğənni isə Aleksandr Serov olub, ona pərəstiş edib. Yeri gəlmişkən, Berdıyevin böyük oğlu Marat aktyor və səs mühəndisidir.

Berdıyev şahmat həvəskarıdır. “Rubin”i çalışdırdığı dövrdə, demək olar ki, hər gün klubun idman direktoru Muxsin Muxamadievlə şahmat oynayarmış. Muxsin Müslümoviç həmin günləri yada salır: “Şahmatdakı taktikası futboldakı taktikasına çox bənzəyir. Qara fiqurlarla oynamağı xoşlayır. Yəqin ki, daha yaxşı müdafiə olunmaq və rəqibin oyununu pozmaq üçün belə edir, eynən futboldakı kimi”.

blank

Kurban Bekieviç dindar müsəlmandır. O, bir neçə dəfə Həcc və Ümrə ziyarətlərində olub. Bildirib ki, hər dəfə ziyarət edəndə bənzərsiz, müqayisəolunmaz hisslər keçirib. Yaşadığı şəhərlərdə tez-tez məscidə getməyi xoşlayır.

Gödəkçə, təsbeh və plov sevgisi

Əvvəllər məşqçilər skamyasında Kurban Bekieviçi ənənəvi gödəkçəsi ilə tanımaq olardı. Həmin vaxt jurnalistlərlə söhbətlərinin birində deyib ki, məşqçilik fəaliyyətinə başladığı 1986-cı ildən ev oyunlarına həmişə pencək geyinir, səfər matçlarına isə idman geyimində çıxır. Ancaq “Rostov”u çalışdırdığı dövrdə bu ənənəsini pozub. Artıq neçə ildir ki, Berdıyev oyun gedən vaxt meydançanın kənarında ancaq idman geyimində olmağı üstün tutur.

blank
{“wm”:1}

Berdıyevin başqa daimi atributu məşhur təsbehidir. Ən xoşladığı yemək isə plovdur.

“Hotellərdə bizi 13-cü otağa buraxmırdılar”

Bəs Berdıyev nəyi xoşlamır? Rəhbərliyi altında oynamış futbolçuların dediyinə görə, 13 rəqəmini bəyənmir, hətta bu rəqəmə qarşı fobiyası var. “Rubin”in sabiq qapıçısı, 5 il Berdıyevin rəhbərliyi altında oynamış Sergey Rıjikovun bununla bağlı maraqlı xatirəsi var: “Berdıyevin dövründə “Rubin”də bu nömrəli forma götürmək qadağan idi. Bu bir yana, qaldığımız hotellərdə bizi 13-cü otağa buraxmırdılar. O otaq ən rahat olsa belə, orada heç kim qala bilməzdi. Keçirdiyimiz çempionat, kubok oyunları ayın 13-nə düşürdüsə, Berdıyevə görə matçların vaxtını dəyişdirməyə çalışırdılar”.

blank

Rusiyalı sabiq hücumçu Aleksey Medvedevin də açıqlaması bunu təsdiqləyir: “2010-cu ildə “Rubin”ə keçəndə digər komandalarda da geyindiyim 13 nömrəli formanı istədim. Ancaq mənə dərhal başa saldılar ki, bu nömrəli forma klubdan çıxarılıb”.

FƏRİD

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-06-28 16:39

“Uimbldon”un püşkü atıldı

blank
Ölkə futbolu2024-06-28 16:24

Şahmatı qara fiqurlarla oynamağı xoşlayan, 13 rəqəmini qadağan edən Berdıyev

blank
Dünya futbolu2024-06-28 16:09

Rusiya millisi baş məşqçisi ilə müqavilə müddətini uzadıb

blank
AÇ-20242024-06-28 15:55

Kroos AÇ-2024-ün qrup mərhələsində ən çox dəqiq ötürmə verən yarımmüdafiəçidir

blank
Digər idman növləri2024-06-28 15:38

Dünya Seriyasının Quba mərhələsində iştirak edəcək komandalar bəlli oldu

blank
Dünya futbolu2024-06-28 15:19

“Sabah”ın Konfrans Liqasındakı rəqibi yoxlama matçında uduzdu

blank
Digər idman növləri2024-06-28 15:00

Azərbaycan gimnastları Nissen Kubokunda

blank
Digər idman növləri2024-06-28 14:45

Azərbaycan üzgüçüsü beynəlxalq yarışda iki “bürünc” qazandı

blank
Digər idman növləri2024-06-28 14:31

Azərbaycan karateçisindən Xorvatiyada bürünc medal

blank
Digər idman növləri2024-06-28 14:14

Koronavirusa tutulan velosipedçi “Tur de Frans”a hazırdır

blank
Digər idman növləri2024-06-28 13:59

BOK iki belaruslunu Olimpiadaya buraxdı

blank
Digər idman növləri2024-06-28 13:45

MHL-də ən dəyərli hokkeyçi elan edildi

blank
Ölkə futbolu2024-06-28 13:36

Rəhim Sadıxovun “Sumqayıt”la müqavilə müddəti açıqlandı

blank
Dünya futbolu2024-06-28 13:30

Torres getməyəcək

blank
Dünya futbolu2024-06-28 13:15

Komandaların reytinqi: İspanlar birinci, Almaniya ikincidir

blank
Dünya futbolu2024-06-28 13:01

Uruqvay – Boliviya 5:0 – VİDEO

blank
Ölkə futbolu2024-06-28 12:44

“Kəpəz” iki rəqib seçdi

blank
Ölkə futbolu2024-06-28 12:33

Klublarımızın yay transferləri – YENİLƏNİR

blank
Ölkə futbolu2024-06-28 12:29

Rəhim “Sumqayıt”a qayıtdı

blank
Digər idman növləri2024-06-28 12:27

“Uimbldon”da mükafat fondu rekord həddə çatdı

blank
Ölkə futbolu2024-06-28 12:12

“Neftçi”də 6-cı ayrılıq

blank
Dünya futbolu2024-06-28 12:10

Panama – ABŞ 2:1 – VİDEO

blank
Dünya futbolu2024-06-28 11:55

Karvahal gedənlərə görə məyusdur

blank
Ölkə futbolu2024-06-28 11:40

“Neftçi” onunla vidalaşdı

blank
Digər idman növləri2024-06-28 11:38

Lebron Ceyms oğlu ilə eyni komandada oynayacaq

blank
Ölkə futbolu2024-06-28 11:21

“Neftçi”yə gəlmədi, “Aleksandriya”ya getdi

blank
Digər idman növləri2024-06-28 11:04

Azərbaycanın daha beş cüdoçusu mübarizəyə başlayır

blank
Ölkə futbolu2024-06-28 10:49

Nağıyev klubunu dəyişir

blank
Ölkə futbolu2024-06-28 10:32

Qriqorçuku Azərbaycanda işləmiş məşqçi əvəzləyəcək

blank
Digər idman növləri2024-06-28 10:15

Azərbaycanın daha iki boksçusu Avropa birinciliyinin yarımfinalında

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm