Məhəmməd Salah və Vataru Endo Paris Olimpiadasında iştirak etməyəcəklər. Hər iki futbolçu “Liverpul”da tam mövsümöncəsi hazırlıq keçəcək.

Misir və Yaponiya milli komandaları iyulun 24-dən avqustun 10-dək Parisdə keçiriləcək Olimpiya turnirinə 23 yaşdan yuxarı icazə verilən üç oyunçudan biri kimi kapitanların çağırılmasını müzakirə edirdilər. Lakin, Olimpiada FİFA-nın icazəsi ilə keçirilən yarış olmadığı üçün klublardan oyunçuları buraxmaq tələb oluna bilməz. Danışıqlardan sonra Salah və Endonun Liverpulda qalması qərara alınıb. Komandanın yeni baş məşqçisi Arne Slot Premyer Liqa mövsümü başlamazdan əvvəl futbolçuları düşərgədə görmək niyyətindədir.

İyulun 23-də mersisaydlılar Amerikaya mövsümöncəsi turneyə çıxacaqlar. Komanda ilk yoldaşlıq görüşünü İspaniyanın “Betis” klubu ilə keçirəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp