I Liqada mübarizə aparan “Karvan” yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. Yevlaxlılar ötən mövsüm “Şamaxı”da çıxış edən Roman Hüseynovla ilkin razılıq əldə edib.

Futbolçu ilə yaxın günlərdə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, Roman karyerası ərzində “Sumqayıt”, “Kəpəz”, “Mingəçevir” klublarında forma geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp