“Sumqayıt”ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir. Bir neçə gün öncə Madridə yollanan çalışdırıcı əvvəlcə burada “Real” və “Barselona” komandaları arasındakı “El-Klasiko”nu izləyib.

Növbəti gün Barselonaya yola düşən məşqçi burada bir həftəlik təcrübə keçəcək. “Barselona” klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun “Barselona”nın baş məşqçisi Xavi Hernandezlə də görüş nəzərdə tutulub.

Qeyd edək ki, bu səfərdə Samir Abasovu “Sumqayıt”ın fiziki hazırlıq üzrə məşqçisi Gerard Martinez müşayiət edir.

438169769 963734695752749 4670228749143382401 n - Futbolinfo.az
437530479 963734582419427 4375438401297640563 n - Futbolinfo.az
Shares: