“Qalatasaray”ın 24-cü çempionluğu şərəfinə

Nədir “Qalatasaray”?

“Türk olmayan takımları yenmek” məqsədilə 1905-ci ildə “Terbiye-i Bedeniye Kulübü” kimi yaradılmaqdır.

1957-ci ildə basketbolçularını Bakıya göndərmək, Azərbaycana səfər edən ilk Türkiyə klubu olmaqdır.

70-80-ci illərdə 14 il ərzində çempionluğa həsrət qalmaq, 1989 Çempionlar Kubokunda yarımfinala çıxmaqla adından söz etdirməkdir.

1993-cü ildə “Mançester Yunayted”ə uduzmamaq (3:3), Çempionlar Liqasında qrupa vəsiqə qazanan ilk Türkiyə təmsilçisi olmaqdır.

2000 UEFA Kuboku finalında oyunun şərhçisi Levent Özçeliki “Aman Allahım! Kupa bizim! Allahım, sana şükürler olsun” deyə bağırmağa vadar etməkdir.

“Real Madrid”ə qalib gəlmək (2:1), UEFA Superkubokunu Türkiyəyə gətirməkdir.

“Türkiye Cumhuriyeti Devlet Üstün Hizmet Madalyası” almaq, bu şərəfə layiq görülən ilk komanda olmaqdır.

“Qalatasaray” sarıdır, qırmızıdır, həm də mor və pənbə geyinəndə yaraşıqlı görünməkdir.

Hər beş çempionluğa görə verilən ulduzların sayında 4-ə çatmaq, beşincini almağa yaxınlaşmaqdır.

EHo570NVGk 2rDUp48IIhA - Futbolinfo.az

Kimdir “Qalatasaray”?

Çempionluğun sinonimi Fatih Terimdir, xarizmadır, imperatordur.

Avropanın “Qızıl buts” mükafatını qazanan Tanju Çolakdır.

XX əsrin ən yaxşı futbolçuları siyahısında 25-ci göstərilən George Hacıdır.

2002-ci ildə “Qızıl top”un sorğusunda 2 xal verdiyim Hasan Şaşdır.

Sabrinin 90-cı dəqiqədə “Bordo”ya vurduğu qol, o qoldan doğan sevincdir (4:3).

“Qalatasaray” lap əvvəllər Turqay və Metin, sonralar Bülent, Arda, Taffarel, Mondraqon, Sneyder və başqalarıdır.

Okan Burukun futbolçu kimi gedib, məşqçi kimi qayıtdığı doğma məkandır.

2011-ci ildən Muslera, indi həm də İkardi, Mertens, Kerem Aktürkoğlu və başqalarıdır.

“Qalatasaray” minlərlə azarkeşinin yaşadığı Azərbaycandır, məzarı başında “Qalatasaray” bayrağının da dalğalandırılmasını arzulayan şəhid kapitan Fərid Dursunovdur.

“Fənərbağça”nın Kıraçın bəstəsi kimi möhtəşəm marşı olsa da, “Qalatasaray”lı azarkeşlərin də bəzi sözlərini dəyişib illərdir oxuduqları “Söyle Canım”ı var:

Şampiyon Cim-Bomum, ne istersen iste benden!

İstersen donatalım dört bir yani bayraklarla!

İstersen çınlatalım dört bir yani şarkılarla!

İstersen eğlenelim davullarla, zurnalarla!

RASİM MÖVSÜMZADƏ

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp