Digər idman növləri
Sensasiyalar günü: Latviyanın ilk yarımfinalı

Hokkey üzrə dünya çempionatında dünən keçirilən ¼ final oyunları gözlənilməz nəticələrlə yadda qalıb. Çempionatın əsas favoriti olan Finlandiya evdə Kanada komandasına məğlub olub – 1:4. Keçən il keçirilən dünya çempionatında finlər məhz Kanadanı finalda məğlub edərək çempion olmuşdular.
Digər bir sensasiya da çempionatın təşkilatçı ölkəsi ilə bağlıdır. Latviya hokkeyçiləri Riqada İsveç millisi üzərində qələbə qazanıb – 3:1. Bununla da onlar tarixlərində ilk dəfə yarımfinala adlayıblar.
Qrup mərhələsini yüksək səviyyədə keçirərək medallara əsas namizədlərdən sayılan İsveçrə millisi Almaniyaya 1:3 hesabı ilə məğlub olub. Digər ¼ final oyununda isə ABŞ Çexiyanı 3:0 hesabı ilə üstələyib.
Beləliklə , yarımfinalda Kanada Latviya, Almaniya isə ABŞ ilə qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatları tarixində yeni finalçı cütü olacaq. Belə ki, ABŞ sonuncu dəfə 1934-cü ildə finala çıxmışdı. Almanlar isə sonuncu dəfə 1930-cu ildə həlledici görüşdə oynayıblar. Latviyanın ümumiyyətlə, tarixində finalı olmadığını qeyd etmişdik.

- Ölkə futbolu2023-05-25 08:30
Şeydayev kəndlilərin komandasında: növbəti uğurlu azad agent ovu
- Ölkə futbolu2023-05-24 15:45
“Qarabağ” üçün maraqlı xəbər: Lunyov Rusiyaya qayıtmayacaq
- I Divizion2023-05-26 08:30
MOİK Diviziondan uzaqlaşdırıla bilər
- I Divizion2023-05-25 15:39
AFFA rəhbərliyinin səbəbkar olduğu bataqlıq: stimulu qumarda tapanlar