Ölkə futbolu
“Şerif”in futbolçusu: “Azərbaycan təmsilçisi çətin rəqibdir”
“Çox maraqlı oyun olacaq”. Bunu futbolinfo.az-a açıqlamasında “Şerif”in yarımmüdafiəçisi Mateo Ortiz deyib.
O, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində “Zirə” ilə qarşılaşacaqları matçdan danışıb: “Düşünürəm ki, Azərbaycan təmsilçisi çətin rəqibdir. Bizi gərgin oyunlar gözləyir. Amma qalib gələcəyimizə və ikinci təsnifat mərhələsinə adlayacağımıza ümid edirəm”..
Ortiz “Zirə” barədə çox məlumatlı olmadığını bildirib: “Bu komandada heç kəsi tanımıram. Çox məlumatlı da deyiləm”.
Qeyd edək ki, “Şerif” “Zirə”yə qarşı ilk oyunu iyulun 11-də Tiraspolda keçirəcək. İkinci qarşılaşma isə iyulun 18-də Bakıda oynanılacaq.
- Ölkə futbolu2024-07-01 17:33
Klublarımızın yay transferləri – YENİLƏNİR
- Milli komanda2024-07-01 08:00
AFFA-ya üsyan: futbolçular milli komandanın düşərgəsinə gəlmək istəmir
- Ölkə futbolu2024-07-01 08:59
“Neftçi” daha üç futbolçu ilə razılaşdı, biri yola salındı
- Ölkə futbolu2024-07-01 12:30
Yenilənib güclənən “Qarabağ”