Ramil Şeydayev “Neftçi”də 3 mövsümə təxminən 1,5 milyon dollar qazanacaq. Qeyri-rəsmi məlumata görə, millimizin hücumçusu illik yarım milyon dollar maaşa razılaşıb.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçukun istəyi ilə reallaşan bu transferdən sonra əsas heyətdə limit problemi yoluna qoyulacaq. Ukraynalı mütəxəssis qapını yerli oyunçuya həvalə edəcəyini qətiləşdirib. Rza Cəfərov və Emil Balayevdən birinə üstünlük verməyi üstün tutan təcrübəli mütəxəssis müdafiədə Azər Salahlı və ya Höccət Haqverdiyə güvənəcək. Yarımmüdafiədə Emin Mahmudov, Filip Ozobiç, Qara Qarayev triosundan biri şans qazanacaqsa, hücumda Ramilin yeri daimi olacaq.

Qriqorçuk digər 7 yeri legionerlərə verəcək. Onlardan Dieqo Valdes və Mark Tamaşa özünə yeni klub tapmq tövsiyyə olunub. Yeni gələcək futbolçuların sayından asılı olaraq əlavə göndərilənlərin olacağı da gözlənilir.

Shares: