Ölkə futbolu
Şeydayevdən 100-cü oyun

Ramil Şeydayev “Qarabağ”da 100-cü oyununu keçirib.
Futbolinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunun yubileyi Misli Premyer Liqasının XXI turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər görüşündə meydana çıxıb. Ramil 100 matçda 30 qola imza atıb. O, ölkə çempionatında 61 (23 qol), kubokda 9 (4 qol), avrokuboklarda 30 (3 qol) dəfə şans qazanıb.
Şeydayevin “Qarabağ”dakı debütü də “Kəpəz”ə qarşı oyunda gerçəkləşib. 2017-ci il sentyabrın 17-də keçirilən evdəki Premyer Liqa qarşılaşması (2:0) onun Ağdam klubunda ilk matçı olub.
Qeyd edək ki, Gəncədəki matç 1:1 hesabı ilə başa çatıb.

- Ölkə futbolu2023-03-30 19:53
“Transfer məsələləri ilə menecerim maraqlanır, yayda baxacağıq”
- Ölkə futbolu2023-03-31 11:34
Amin Ramazanov İkardi ilə nədən danışıb?
- Ölkə futbolu2023-03-31 10:45
Qurban Qurbanov Şahruddinlə bağlı risk etməyəcək
- Premyer-liqa2023-03-31 17:23
“Turan Tovuz” “Sumqayıt”a doğma meydanda uduzdu